Logo

Satmaq ya satmamaq, bax budur məsələ

Ölkəmizdə marketinqin təməllləri çoxdan atılsada bu mövzu hələdə yerli sahibkarlara qaranlıq qalır və reklamın nə qədər vacib olduğunu dərk edə bilmirlər. Gəlin ilk növbədə sizə reklam nədir bu barədə danışım. Əgər bir məhsula, biznesə və ya hədəf kütləsinə çatmasını istədiyiniz bir şeyə sahibsinizsə sizə bu yolda kömək olacaq şeydir reklam. Qısa bir misal, siz danışmasanız sizin haqqınızda heç kim bilməyəcək. Yəni reklam sizin hədəf kütləniz, müştəriləriniz ilə ünsiyyətinizdir. Marketinq dünyasında çox məhşur bir deyim var: Reklamı saxlayıb satış gözləmək, saatın əqrəblərini saxlayıb zamanı saxlamağı düşünmək kimidir. Bu haqqda çox nümunələr misallar gətirə bilərəm amma yaxşısı gəlin faydalı məlumatlara keçim .

Reklamı harada və necə edək?

Bu sualın cavabı indiviualdır, sizin demək istədiyiniz sözdən, satmaq istədiyiniz məhsula qədər bu sualın müxtəlif cavabları var. Mən yazıram siz özünüz sizə lazım olana qərar verin. Qərar verə bilmirsinizsə, peşəkarlara müraciət edin. Onlar sizə kömək edəcəklər. Deməli reklamın iki əsas növü var. Birincisi ənənəvi reklam, bura daxildir, bilboardlar, tv və radio reklamlar, flayerlər, posterlər və s. İkinci isə müasir dövrün özü ilə birgə gətirdiyi rəqəmsal reklam bura sosial medialarda, axtarış platformalarında və s. bir sözlə digital aləmdə yerləşdirilən reklamlar daxildir. Mən isə sizə əsasən digital aləmdən danışmaq istəyirəm. Çünki ənənəvi marketinqin xitab etdiyi hər kəs artıq digitaldadır. Bu ənənəvi reklamın effektivliyini itirməsi demək deyil, amma effektivliyin azalması deməkdir. Özünüzə sual verin, son dəfə neçə dəqiqə ciddi şəkildə tv qarşısında vaxt keçirmisiniz? Hansı bilbordun üstündəki reklamı oxumusunuz? Yəgin ki siz də mənim kimi məhz bunu nəzərdə tuturam. Digital dünya təbii olaraq artıq insanların davranışlarına, vərdişlərinə təsir edib. Buna görədə ənənəvi reklam, artıq əvvəlki kimi effektiv deyil. Həmçinin bir çox mənfilikləri ilə digital reklamlardan geri qalır.

Digital Reklamın Üstünlükləri

Ənənəvi reklam sizə, hədəf kütlənizin dəqiq datasını heç vaxt vermir. Siz bilmirsiniz tv-də reklam başlayanda sizin müştəriniz otağı dəyişdi yoxsa yox, bilbordun yanından keçəndə diqqəti başqa yerdə idi ya yox. Digital reklamda isə bu belə deyil. Siz müştərinizin və hədəf kütlənizin tam datası ilə strategiya hazırlayırsınız. Siz bilirsiniz ki reklamınız kimin qarşısına çıxacaq, kimlər görəcək və onlardan neçəsi sizə reaksiya verdi. Həm də ənənəvi reklamdan qat-qat ucuzdur. Ucuz olması ilə yanaşı effektiv olması mənə görə digital reklamı bir neçə pillə önə atır. Mən sizə müasir dünyada biznesinizi necə ayaq üstə saxlamalısınız bundan danışıram. Siz digital reklam vasitəsilə müştərinizin qarşısına Facebookda, İnstagramda, Yutubda, Google-da hətta Tiktokda belə çıxa bilərsiniz. Əgər reklamı göz ardı etsəniz şübhəsiz ki, qısa zamanda rəqibləriniz sizi keçəcək və rəqabətdə məğlub olacaqsınız. Deyə bilərsiniz ki, reklamı hamı edə bilər bəs biz necə edək ki, bizim reklam bizə yaxşı geridönüş versin .

Düzgün Reklam

Reklamı düzgün etməsəniz heç bir halda müsbət geridönüş almayacaqsınız. “Düzgün Reklam” nədir ? Düzgün reklam üçün siz, lazımı açar sözləri seçməli, fikrinizi rahat çatdıracaq dizayn etməli və ən əsası hədəf kütlənizi düzgün seçməlisiniz. Bu 3 amilin üçü də diqqət mərkəzində saxlanmasa təəssüf ki, reklamınız uğursuz olacaq. Buna görə də, reklam kampaniyası qədər reklamın texniki tərəfləri də ciddi nəzarətdə olmalıdır ki, xərclədiyiniz 1 qəpik sizə 10,100,1000 AZN olaraq geri qayıtsın. Bunun üçün siz lap əvvəldə dediyimi kimi bu işi yaxşı bacarmalısınız ya da peşəkarlara müraciət etməlisiniz. Çünki siz uğursuz təcrübələr etdiyiniz zaman rəqibləriniz satış edə və sizin müştərilərinizi götürə bilərlər.

Əgər həqiqətən düzgün digital reklamlar verməyi bacarmırsınızsa, aşağıdaki linkə daxil olaraq Fuad Aghayev Team-in sizə verdiyi xidmətlərdən yararlana bilərsiniz.

Digital Reklamlar üçün müraciət linki : http://rb.gy/7mruq7

Giriş bilgilərini unutma! 🏛

Hesaba Daxil Ol