Logo

Yetimxanadan Dəbin Zirvəsinə (Uğur Hekayəsi)

Həyat sənə limon versə limonat düzəlt!

Bəzən həyatın bizə yaratdığı şəraitin uğurlarımızın qarşısını kəsdiyini düşünürük. Deyinməyə başlayır, motivasiyadan düşürük. Bu gün sizə Coco Chanel’in əzablı və yetimxana divarlarında başlayan uğur yolundan danışacam. Ümidvaram siz çətin vəziyyətlərə düşəndə bu hekayə sizə çox gözəl motivasiya verəcəkdir.

Qabrielle Şanel…

Əsl adı Qabrielle Şaneldir. Anasının ölümündən sonra atası onları tərk etdi və bacısı ilə birlikdə uşaq evində yaşamağa başladılar. Hətta atasını gözləməyini o belə dilə gətirirdi: “Mən hər bazar günü atamı gözləyirdim, amma o heç vaxt gəlmədi.” Sonralar tikişi öyrəndi və fransız əsgərlərinin geyimlərini tikən dərzinin yanında şagird kimi işə başladı. Axşamlar bacısı ilə “Qui qu’a vu Coco dans I’Trocadero? mahnısını oxuyurdular. Bir gün fransız zabitlərdən biri ona sənin adın Coco olsun dedi. Bundan sonra onlar həmin zabitlə birgə yaşamağa başladılar. Əslində bu dönüş nöqtəsi idi. Onun bundan sonra dəbdəbəli məclislərə qatılmaq imkanı oldu. Ancaq bu insanların yaşadığı dəbdəbə Şanelə görə lüks deyildi. Şanel dəbdəbəni belə təsvir edirdi:”Lüks dediyin şey rahat olmalıdır, rahat deyilsə, deməl lüks deyil.’

Şanelin Aristoktrat Dairədə tanınması

Şanel özünü aristokratik dairəyə tanıtmağa və burada dostluq etməyə başladı. Eyni zamanda getdikcə şöhrət qazanmağa başlayırdı. Bu zamanlarda o, Artur Kapellə tanış oldu və bir gecədə hər şeyi tərk edərək Parisə getdi. Bu onun həyatı üçün ayrıca dönüş nöqtəsi oldu. Əvvəl Parisdə papaq mağazası açdı sonra isə qadınları korsetdən azad etmək üçün rahat paltarlar hazırladı. Çünki ona görə korset dünyanın ən narahatedici şeylərindən biri idi və bununla da uğur nərdivanını qalxmağa başladı.

Şaneli əfsanə edən cəhətlərdən biri də heç kimin edə bilmədiyi işləri görməsi idi. O, şalvar geyən ilk qadın idi. Həmçinin hər zaman mübaliğədən uzaq sadə və zərif paltarlar geyinirdi. Onun hazırladığı paltarlar qadınlara rahatlıqla yanaşı zərafətdə gətirirdi. Şanelin kişi geyimlərindən ilhamlanaraq hazırladığı kostyumlar, qara düz qısa paltarlar o dövrə öz damğasını vurdu.
Kiçik bir maraqlı məlumatı nəzərinizə çatdırım 1930-cu illərdə Atatürk və Türk Silahlı Qüvvələrinin geyim dizaynını Şanel hazırlamışdır.

Türk Silahlı Qüvvələrinin geyimi.

Lakin Şanel yerində durmaq barədə düşünmürdü və beləcə rezonans doğuracaq növbəti addımını atdı və ilk ətrini hazırladı. Şübhəsiz ki, indi də ən yaxşı ətirlərdən biri olan Chanel no:5 ətri həmin dövrdə öz izini qoyub. Ətrin adının 5 olmasının səbəbi Şanelin uğurlu rəqəminin 5 olması ilə əlaqədardır.

Coco Chanel №5

Qısaca Coco Chanel yetimxanadan dəbin zirvəsinə yetimxana divarlarından qalxmışdır, buna görədə həyatın sizə verdiyi şəraiti sorğulamayın, bu şəraiti öz xeyrinizə necə çevirə bilərsiniz buna baxın. Bəlkə də Şanelin atası onların qayğısına qalsaydı, yaxşı ata olsaydı, Şanel adi bir fransız qadın olacaqdı.

Giriş bilgilərini unutma! 🏛

Hesaba Daxil Ol